İlon Maskın beyin çipi şirkəti yenidən mübahisələrin mərkəzində yer alıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər çiplərin insanlar üçün ölümcül ola biləcəyindən narahatdırlar.
Son həftələrdə ilk insan təcrübəsini həyata keçirən İlon Maskın beyin çipi şirkəti Neuralink müzakirə mövzusu olmaqda davam edir.
Daha əvvəl heyvanlar üzərində apardığı təcrübələrlə müzakirələrə səbəb olan şirkət ilk insan təcrübəsini həyata keçirərək yeni könüllülər axtardığını açıqlayıb. Mask Neuralink ilə fiziki qüsurlu və iflic olan xəstələrə kömək etməyi hədəflədiyini desə də, ekspertlər Maskın şirkətinin o qədər də günahsız olmaya biləcəyi barədə xəbərdarlıq edirlər.
1949-cu ildə qurulan ABŞ-də yerləşən beyin mərkəzi Aspen Humanitar Tədqiqatlar İnstitutundan Ryan Merkley də Maskın şirkətini tənqid edib.
Mübahisəli implant üzərində insan sınağı təsdiqləndikdən sonra Merkley Maskın neyrotexnologiya şirkətində səliqəsiz, tələsik təcrübələr keçmişindən narahat olduğunu söyləyib.
Merkley xəstələrin düşüncə ilə texnoloji nəzarət vəd edən çipi sınaqdan keçirərkən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Mikayıl