“McDonald's Azərbaycan”da halal mal əti - Yerli istehsala start verilməsi və yeni imkanlar

İQTİSADİYYAT
15:46 19.12.2024
345

"McDonald’s Azərbaycan” şirkəti restoranlarında istifadə olunan məhsulların lokallaşdırılması istiqamətində növbəti mühüm addım ataraq, Azərbaycanda istehsal olunan mal ətindən istifadəyə keçid etməyə başlayıb.

Halal sertifikatlı mal ətinə tam keçidin 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılıb."AzProtein Food’s Group” şirkətinə məxsus zavodun ərazisində tikilmiş yeni ixtisaslaşdırılmış istehsal zonası xüsusi olaraq "McDonald’s”ın tələbləri nəzərə alınmaqla layihələndirilib və şəbəkənin restoranlarını beynəlxalqkeyfiyyətli halal mal əti ilə tam təmin etməyə imkan verir.

Müəssisənin istehsal gücü "McDonald’s Azərbaycan”ın illik təxminən 1 milyon kiloqram təşkil edən mal əti ehtiyaclarını tam şəkildə ödəməklə yanaşı, həm də gələcək artım və inkişaf üçün imkanlar yaradır.

İstehsal kompleksinin təntənəli açılış mərasimində "McDonald’s Azərbaycan”ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, şirkətin Müşahidə Şurasının sədri Fərid Əlizadə, "McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskiy, korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Aroşa Vijemuni və "AzProtein Food’s Group” şirkətinin Müşahidə Şurasının sədri Nazim Səfərov iştirak ediblər.

Tədbirdə çıxış edən "McDonald’s Azərbaycan”ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, yerli istehsala keçidin "McDonald’s” şirkəti üçün strateji əhəmiyyətindən danışaraq deyib: "Lokallaşdırma uzunmüddətli strategiyamızın təməl daşıdır. Hesab edirik ki, yerli istehsalçılarla iş birliyi təkcə şirkətimizin inkişafına mühüm töhfə deyil, həm də Azərbaycanda qeyri-neft sektorunun gücləndirilməsi baxımından əhəmiyyətli addımdır. Bu, ilk növbədə, ölkənin gələcəyinə investisiya deməkdir. Mal əti istehsalının lokallaşdırılması dayanıqlı inkişafı və qarşılıqlı uğurları təmin etmək üçün yerli istehsalçılarla necə əməkdaşlıq etdiyimizin parlaq nümunəsidir”.

"AzProtein Food’s Group” şirkətinin Müşahidə Şurasının sədri Nazim Səfərov bildirib:"Bu gün şirkətimiz və fəaliyyət göstərdiyimiz sahə üçün əlamətdar bir gündür. Biz "AzProtein Food’s Group” şirkətinin beynəlxalq standartları və yerli təşəbbüsləri özündə birləşdirən bu layihənin mühüm hissəsi olmasına görə qürur duyuruq. Məqsədimiz məhsulun dəyişməz yüksək keyfiyyətini təmin etmək və tərəfdaşlığımızın inkişafına töhfə verməkdir”.

"McDonald’s” korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə təchizat zənciri şöbəsinin direktoru Ala Mohammad qeyd edib: "Yerli istehsal olan halal sertifikatlı mal əti kotletlərinə keçid Azərbaycan bazarı üçün yeni imkanlar açır. Bu, şirkətə yerli istehlakçıların tələbatını ödəməyə, bazardakı mövqeyini gücləndirməyə, həmçinin biznesin genişlənməsinə və böyüməsinə kömək edəcək”.

Qeyd edək ki, istehsal prosesləri "McDonald’s”ın beynəlxalq standartlarına tam cavab verir. Obyektin layihələndirilməsindən tikintisinə və işə başlamasına qədər bütün mərhələlərdə şirkətin tələblərinə ciddi riayət olunub.

İstehsal kompleksində və ət kəsimi məntəqəsində keyfiyyətin idarə edilməsi sistemi (SQMS), sosial məsuliyyət (SWA), qabaqcıl istehsal təcrübələri (GMP) və digər əsas standartların yoxlanması daxil olmaqla müntəzəm auditlər keçirilir. Məhsullar halal sertifikatına malikdir və "McDonald’s” şirkətinin Almaniyada yerləşən Avropa Keyfiyyət Mərkəzinin tələblərinə cavab verir.

 

Müəssisənin ərazisində kəsimdən əvvəl heyvanların müvəqqəti yerləşdirilməsi üçün ferma və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən baytarlıq laboratoriyası yerləşir.


"AzProtein Food’s Group” şirkətinin zavodunda keyfiyyətə nəzarət mütəxəssisləri, xətt operatorları və texniklər daxil olmaqla 120-dən çox işçi çalışır.

Layihə həmçinin regional əhəmiyyət daşıyır. Gələcəkdə məhsulların qonşu ölkələrə ixrac edilməsi planlaşdırılır ki, bu da yerli iqtisadiyyat üçün yeni imkanlar yaradacaq.

Bu addım "McDonald’s Azərbaycan” şirkətinin qeyri-neft sektorunun dəstəklənməsi və yerli təchizat zəncirlərinin inkişafı üzrə uzunmüddətli strategiyasını əks etdirir. Şirkət yerli istehsalçılarla fəal əməkdaşlığını davam etdirir və şəbəkənin restoranlarında yerli məhsulların payını artırır.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər