Mədəsindən 31 min dollar çıxdı

MARAQLI
16:24 20.06.2013
2012

Panamadakı beynəlxalq hava limanında qvatemalalı bir qadının mədəsində təxminən 31 min dollar çıxıb.

AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Panama polisi şübhəli hərəkətləri ilə diqqət çəkən 44 yaşlı qadını hava limanında saxlayıb.

Araşdırmalar sonunda qadının mədəsində təxminən 31 min dolların gizləndiyi 39 kapsula tapılıb.

Qadın polis tərəfindən həbs edilib.

Turxan

OXŞAR XƏBƏRLƏR