19:55 Bazar Ertəsi, 14 Oktyabr 2019
SOSİAL

“Megafun”dakı partlayış nəticəsində tanınmış müğənni və övladı xəsarət alıb

00:51, 23.06.201919428
“Megafun”dakı partlayış nəticəsində tanınmış müğənni və övladı xəsarət alıb
Xəbər verdiyimiz kimi, "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfərə (3-ü uşaq olmaqla) xəsarət alıb. Bu haqda FHN məlumat yayıb. 
 
AZXEBER.COM xəbər verir ki, hadisə zamanı müğənni Ayan Babakişiyeva da orada olub. 

Müğənni baş verən hadisədən qorxduğunu bildirib: 
"Bu gün yanğında mən və ailəm də orda idi. Ən yaxın rəfiqəmin özəl günü idi. Mən həyatımın ən dəhşetli gününü yaşayıram. O partlayış nə idi? Selena, anam, mən və ən yaxınlarım xəsarət alıb. Sadəcə bir möcüzə qurtardı hər kesi. Restoranın FHN sularının açılmasıyda faciə olacaqdı. Günah ora gələn animatorlarda oldu. Tək mənim balam yox, hər kəsin övladı xəsarət aldı. Anam, mən də həmçinin. Xəstəxanadan indi evə gəldik.
Allaha çox şükür deyirem. Başqa heç nə"
XƏBƏR LENTİ