Mehmanla Aqşin illərdir küsülüdür

Mehmanla Aqşin illərdir küsülüdür
MAQAZİN
13:13 29.10.2025
112
Meyxanaçı Aqşin Fateh ustadı dediyi Mehman Əhmədli ilə illərdir küsülüdür.

AZXEBER.COM xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan Aqşin iddiaları təsdiq edib.
 
"Mehman Əhmədli ilə 4 ildir küsülüyük, danışmırıq. Amma rastlaşanda salamlaşırıq uzaqdan da olsa. Bu gün verilişə o da gəlməli idi amma mən razı olmadım. Çünki o elə bir insandır ki, mən onu ayağıma qədər gətirmərəm, özüm onun ayağına gedərəm.
 
Küsülülüyün səbəbi odur ki, bir tədbirdə mən onu görməmişəm, salamlaşmamışam. Məndən inciyib. Amma o mənim ustadımdır, onun səhvi də, düzü də mənim üçün düzdür" deyə Aqşin bildirib.
OXŞAR XƏBƏRLƏR