Məhəmməd Mirzəliyə qiyabi 6 il 6 ay həbs verildi

Məhəmməd Mirzəliyə qiyabi 6 il 6 ay həbs verildi
KRİMİNAL
12:42 15.09.2025
202
Fransada yaşayan bloqer Məhəmməd Mirzəlinin kütləvi ixtişaşa çağırış və dövlət əleyhinə açıq çağırışlar ittihamı ilə qiyabi icraat qaydasında baxılan məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, M.Mirzəli verilmiş ittihamlarla təqsirli bilinib. Ona 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanacaq.

Qeyd edək ki, M.Mirzəli barəsində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən qiyabi icraat aparılıb. İstintaqdan yayındığından cinayət işi qiyabi icraat qaydasında baxılması üçün məhkəməyə göndərilib.
OXŞAR XƏBƏRLƏR