“Məhkəmə qərarı olmadan səhiyyə işçilərinin adları mətbuatda çəkilməsin”

“Məhkəmə qərarı olmadan səhiyyə işçilərinin adları mətbuatda çəkilməsin”
SOSİAL
13:54 15.10.2021
254
Milli Məclisin iclasında deputat Rəşad Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzunun qorunmasının vacibliyini bildirib.

R.Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını təklif edib.

"Mətbuatda bəzən həkimlər haqqında yalan məlumatlar çıxır. Əgər bir məsələ varsa, o, araşdırılmalıdır. Məhkəmə qərarı olmadan səhiyyə işçilərinin adlarının çəkilərək mətbuatda işıqlandırılmasının qarşısı alınsın”, - deyə R.Mahmudov əlavə edib.
OXŞAR XƏBƏRLƏR