Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
AZXEBER.COM Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 28.11.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.11; 181.3.3; 66.2.3 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Loğman oğlu Bəkirovun yanına qısamüddətli görüşə gəlmiş dostu Fərid Valeh oğlu Hüseynovun gətirdiyi sovqata və üzərinə baxış keçirilərkən ayağındakı ayaqqabıların içərisində xüsusi üsulla düzəldilmiş yerdə gizlədilmiş 2 ədəd "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.