Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Penitensiar xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məmmədov Murad Hamlet oğlunun yanına qısa müddətli görüşə gəlmiş xalası oğlu Tahirov Elvin Zakir oğlunun gətirdiyi sovqata baxış keçirilib.Baxış zamanı kustar üsulla düzəldilmiş 4 litrlik dəmir qabda əridilmiş inək piyinin içərisində yerləşdirilərək gizlədilmiş 2 (iki) ədəd “Nokia” markalı, 1 (bir) ədəd “Alkatel” markalı, 1 (bir) ədəd “Fly” markalı mobil telefon aparatları, 1 (bir) ədəd “Nar” kart və 2 (iki) ədəd mobil telefon aparatları üçün nəzərdə tutulmuş elektrik qidalandırıcılarının başlıqları aşkar edilərək götürülüb.Hazırda faktla bağlı araşdırma aparılır.