Məhkumların hava borularında gizlətdiyi mobil telefonlar götürülüb

Məhkumların hava borularında gizlətdiyi mobil telefonlar götürülüb
KRİMİNAL
15:57 26.11.2013
2312

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyalar aşkar olunub.

Trend Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 26.11.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1993-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 286.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədhüseyn Mahmud oğlu Qurbanovun kamerasına baxış keçirilərkən kameranın hava borusunda gizlədilmiş daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

26.11.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1 maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elvin Zakir oğlu Tahirovun kamerasına baxış keçirilərkən kameranın sanitar qovşağının hava borusunda gizlədilmiş daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR