Mehmet Ali Birand son mənzilə yola salındı - VİDEO

DÜNYA
20:15 19.01.2013
1462
Türkiyənin məşhur jurnalistlərindən biri, 2 gün əvvəl xəstəxanada vəfat etmiş Mehmet Ali Birand bu gün torpağa tapşırılıb. Birandın cənazəsi bu gün səhər saatlarında vəfat etdiyi Amerikan xəstəxanasından götürüldükdən sonra, onunla uzun müddət çalışdığı “Doğan TV”nin binasında vida mərasimi keçirilib.Həmkarları gözyaşları içərisində Birandla vidalaşıblar. Daha sonra Mehmet Ali Birandla Türkiyə camisində vida mərasimi təşkil olunub.Mərasimə Türkiyə prezidenti Abdulla Gül, CHP lideri Kemal Kılıçdaroğlu, keçmiş CHP lideri Dəniz Baykal, baş nazirin müavini Bülənt Arinç, Avropa Birliyi naziri Egemen Bağış və digər rəsmi şəxslər, eləcə də sadə vətəndaşlardan tutmuş minlərlə insan qatılıb.Məşhur jurnalist göz yaşları içərisində son mənzilə yola salınıb. O, “Anadolu” ailə qəbirstanlığında torpağa tapşırılıb.

OXŞAR XƏBƏRLƏR