Mehriban Əliyeva hamını Bakıya dəvət etdi

MƏDƏNİYYƏT
10:09 19.11.2014
1538
“Zənnimcə dünyada ən yaxın və ən qardaş iki dövlət məhz Azərbaycan və Türkiyədir. Biz hər zaman bir-birimizi dəstəkləyirik”.AZXEBER.COM-un məlumatına görə, bunu “Bakı-2015” ilk Avropa oyunlarının İstanbulun “Çırağan” sarayında keçirilən təqdimatında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.Birinci xanım qardaş Türkiyədə yenidən olmaqdan mutlu olduğunu deyib.“Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkələrimiz arasında əlaqələr də bərpa olundu və tamamilə yeni səviyyəyə qaldırıldı. Bu gün demək olar ki, bizim əməkdaşlığımız bütün sahələri əhatə edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi əlaqələr ildən-ilə artmaqdadır. Azərbaycan tərəfindən xarici ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə düşür. Bizim əlaqələrimiz mədəni, təhsil sahəsini də əhatə edir. Türkiyə ilə Azərbaycan TANAP layihəsinin aparıcı qüvvəsidir. Gələn il istifadəyə verilən Bakı - Tbilisi – Qars dəmir yolu Avropa ilə Asiyanı bağlayacaq. Bütün bu uğurlu layihələrin, uğurlu proqramların təməlində xalqlarımızın qardaşlığı, dövlətlərimizin iradəsi durur. Biz Azərbaycanda Türkiyənin uğurlarına öz uğurlarımız kimi sevinirik”.O, qeyd edib ki, Azərbaycan da son on il ərzində dünyanın ən yüksək sürətlə inkişaf edən ölkəsinə çevrilib. Belə ki, son on il ərzində iqtisadi artım 3 dəfədən çox olub, büdcə xərcləri 20 dəfə artıb, yoxsulluğun və işsızlıyin səviyyəsi 5 faizə enib.

OXŞAR XƏBƏRLƏR