Meksikada kartellər arasında qarşıdurmalar günü-gündən artmaqda davam edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin Gerrero əyalətində kartellər arasında baş verən qarşıdurmada 2-si polis olmaqla 16 nəfər həyatını itirib.
Açıqlamada Milli Qvardiyanın hadisələrə müdaxilə etdiyi və 3 əsgərin yaralandığı bildirilib.
Hadisə zamanı 14 kartel üzvünün həyatını itirdiyi, 11 nəfərin saxlanıldığı bildirilib.
Digər tərəfdən, çərşənbə günü Sinaloa əyalətində yerləşən Kuliakanda kartellə ordu arasında baş verən qarşıdurmada 19 kartel üzvü ölüb.