Meksikada ordu ilə silahlı qruplaşma arasında insident: 19 nəfər öldürüldü

DÜNYA
14:00 23.10.2024
132
Meksikanın Sinaloa əyalətində ordu ilə silahlı qruplaşma arasında insident yaşanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qarşıdurma zamanı silahlı qruplaşmanın lideri də həbs edilib.
 
Münaqişədən sonra çoxlu silah və sursat ələ keçirilib.

Bundan başqa, Meksika Müdafiə Nazirliyindən verilən açıqlamada qarşıdurmada 19 dəstə üzvü öldürülüb.
  
Qeyd edək ki, sözügedən ölkədə sentyabrın əvvəlindən artan zorakılıqlar nəticəsində təxminən 200 nəfər ölüb, 300-dən çox adam isə itkin düşmüş hesab edilir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR