Məktəb direktorunun avtomobili partladıldı

DÜNYA
08:39 25.01.2013
1186

Yanvarın 24-də axşam saatlarında Dağıstanın Kaytaq rayonunda məktəb direktorunun avtomobili partladılıb. Bu barədə Dağıstan DİN Baş İdarəsinin nümayəndəsi bildirib.

Məlumata görə, Dağıstanın Kaytaq rayonunun Macalis yaşayış məntəqəsində saat 23.00 radələrində məktəb direktoru Əli Başayev avtomobilini evinin həyətində saxlayan an partlayış baş verib. Hadisə nəticəsində Başayev xəsarət almayıb, lakin avtomobil ciddi zədələnib.

Qeyd edək ki, terrorçular partladıcı qurğunu maşının alt hissəsinə bərkidiblər.

Hadisə yerində istintaq qrupu çalışır.//APA

OXŞAR XƏBƏRLƏR