Türkiyədəki Trakya Universitetinin ingilis dili fakültəsini başa vurandan sonra Pınar Yılmaz orta məktəbdə ingilis dili müəllimi işləməliydi.
5 illik təhsili başa vurandan sonra xeyli müddət iş axtaranYılmazmodel olmaq qərarına gəlib. O, indi modeldir və karyerasını uğurla davam etdirəcəyini düşünür. "Türkiyədə müəllim olmaq çətindir. İnsanı qəlibə soxurlar, çoxsaylı məhdudiyyət və qadağalar qoyurlar. İndi model olduğuma sevinirəm", - Pınar Yılmaz deyib.