Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayıb

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayıb
SOSİAL
11:14 12.08.2021
332
Məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçimi başlayıb.

AZXEBER.COM xəbər verir ki, elektron qeydiyyatdan keçən valideynlərə (digər qanuni nümayəndələr) yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
OXŞAR XƏBƏRLƏR