23:00 Bazar Ertəsi, 09 Dekabr 2019
İQTİSADİYYAT

Məktəblilər “Bakcell”in qonağı oldu - FOTOLAR

13:11, 10.07.20193147
Məktəblilər “Bakcell”in qonağı oldu - FOTOLAR

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin ofisində "Dərs Evi” tədris mərkəzinin keçirdiyi "Yaaay!” proqramının iştirakçıları ilə görüş keçirilib.


AZXEBER.COM xəbər verir ki, proqramda iştirak edən məktəblilər Bakcell şirkətinin Əlaqə Mərkəzinə səfər edib, 7x24 rejimində fəaliyyət göstərən mərkəzin iş prinsipi ilə tanış olub, operatorların abunəçilərlə danışığını izləyib, abunəçilərlə ünsiyyət qaydaları barədə məlumatlandırılıblar. Əlaqə Mərkəzinin əməkdaşları onların çoxsaylı suallarını cavablandırıb.


Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti "Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bakcell abunəçiləri "555” Əlaqə Mərkəzinə zəng vurmaqla və ya "Mənim Bakcellim” mobil tətbiqetməsindən istifadə etməklə öz mobil nömrələri ilə bağlı bir çox əməliyyatları həyata keçirə bilərlər.


Məktəblilərə peşə seçimində dəstək göstərmək məqsədi daşıyan "Yaaay!” proqramı çərçivəsində VIII-XI sinif şagirdləri IT, incəsənət, səhiyyə, mühəndislik, təhsil, aqro-biznes, maliyyə, nəqliyyat, telekommunikasiya, inşaat, turizm və otelçilik sahələrində fəaliyyət göstərən şirkətlərə səfər edib, onların iş prosesi ilə yaxından tanış olub özlərini bu peşələrdə sınamaq imkanı əldə edirlər.

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ