Məlahət Abbasova mükafata layiq görüldü - 'İlin ən yaxşı rejissoru'

MƏDƏNİYYƏT
01:25 04.04.2015
2263

Xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa Taksim-Bebek Rotary Klubu tərəfindən üçüncü Rotary teatr mükafatına layiq görülüb.  Axşam.az-ın məlumatına görə, bu, əməkdar incəsənət xadimi Məlahət Abbasovanın səhnə tərtibatı ilə quruluş verilən tamaşanın layiq görüldüyü sayca 10-cu mükafatdır.

Klubun qərarı ilə Məlahət Abbasova “İlin ən yaxşı rejissoru”, tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə “İlin ən yaxşı köməkçi qadın aktrisası” nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub.

Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi əsəri qardaş ölkədə böyük sürətlə tanıdıb. Tamaşa İstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda və baxılmaqdadır. Təkcə ötən il tamaşada oynayan 5 aktyor “İlin ən yaxşı aktyoru” mükafatına sahib olub. Tamaşanın musiqilərinin müəllifi Aygün Səmədzadədir. Mənbə: AzərTac

OXŞAR XƏBƏRLƏR