AZXEBER.COM xəbər verir ki, Məlahət Abbasovanın xalq yazıçısı Elçin Əfəndiyevin pyesi əsasında quruluş verdiyi “Şekspir” tamaşası növbətini mükafatını qazanıb. Tamaşanın rejissoru bu dəfə "Rotary" teatr mükafatına layiq görülüb. O ilin ən yaxşı rejissoru mükafatının sahibi olub.
Mükafatlandırılma mərasimində danışan aktrisa deyib ki, bu mükafatı 1 millət 2 dövlət adına alır: "Bildiyiniz kimi, bu gün Azərbaycanda 28 may - Respublika Günü qeyd olunur. Belə bir gündə mükafat almaq məni ikiqat sevindirdi. Bu mükafatı bir millət, 2 dövlət adına alıram. Tamaşamıza dəstək olan hər kəsə, komandamıza təşəkkür edirəm.
Qeyd edək ki, “Şekspir” tamaşasının bundan öncə də Türkiyədə bir neçə mükafata layiq görülüb, tamaşanın bəstəkarı Aygün Səmədzadədir.





