Məlahət Abbasovanın tamaşasına daha bir mükafat

MƏDƏNİYYƏT
17:39 17.11.2014
1657
Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa, rejissor Məlahət Abbasovanın səhnələşdirdiyi tamaşa Türkiyədə mükafat qazanıb.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə Məlahət Abbasova öz İnstagram hesabında məlumat verib. 
O bildirib ki, XIV. Direklərarası Tamaşaçı Mükafatları 2013-2014 mövsümü İstanbul Tamaşaları Dəyərləndirmə nəticələrinə əsasən tamaşanın səhnə dekorasiyasının tərtibçisi mükafatı alıb.
“Çox xoşbəxtəm. Səhnəyə qoyduğum azərbaycanlı yazıçı Elçinin “Şekspir” əsəri 8-ci mükafatını qazandı. Tamaşanın səhnə dekorasiyasının tərtibatçısı Ayhan Doğan “Tasarım ödülü”nə (Səhnə Dekor mükafatı) layiq görüldü. Tamaşanın musiqisi canım Aygün Səmədzadəyə aiddir. Bu tamaşamda əməyi keçən hər kəsə təşəkkür edirəm”.

OXŞAR XƏBƏRLƏR