"Victoria's Secret"in mələklərinin növbəti möhtəşəm şousu baş tutub.Dünyanın ən tanınmış alt paltarı brendi demək olar ki, elə ən gözəl modelləri bir araya toplayıb. Onların sırasında yer alan Adriana Lima, Kendis Sveynpol, Alessandra Ambrozio, Kara Delvin, Karli Kloss, Dautçen Krez və digərləri podiumda bədən qululuşları ilə göz qamaşdırıblar."Mələklər" gecədə yeni qadın alt geyimi kolleksiyaları, ev geyimləri və korsetləri nümayiş etdiriblər. Ənənəvi olaraq qonaqlar arasında tanınmış şəxslər, o cümlədən də olub. İştirakçılar arasında tanınmış müğənni və aktrisa Teylor Svift də yer alıb.(ANSPRESS)




