Almaniyanın Duysburq şəhərində təşkil olunmuş DFB - Federasiyalar Kubokunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxıb.
AZXEBER.COM-un affa.az-a istinadən verdiyi xəbərə görə, millimiz Meklenburq-Vorpommern komandasına 1:2 hesabı ilə məğlub olub.Yığmamızın heyətində yeganə qolu Vüqar Əlibabayev vurub.