"Mən artıq burada qalmaq istəmirəm" - Neymar

"Mən artıq burada qalmaq istəmirəm" - Neymar
İDMAN
22:30 23.06.2019
6594
Fransanın "Paris Sen-Jermen" klubunun ulduz futbolçusu Neymar komandanın prezidenti Naser El-Halaifiyə komandanı tərk edəcəyini və "Barselona"ya dönmək istədiyini bildirib. O deyib: "Mən artıq burada qalmaq istəmirəm. Tezliklə öz evimə ("Barselona") dönmək istəyirəm. Oranı heç vaxt tərk etməməli idim".

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, bu xəbərdən sonra Naser El-Halaifi futbolçunu təşkil olunmuş mətbuat konfransında tənqid edib. O bildirib ki, komandaya hörmət etməyən və öz işinə peşəkarcasına yanaşmayan şəxslər klubdan gedə bilər.

Neymar "Barselona" klubunda 2013-2017-ci illə mövsümündə çıxış edib. 2017-ci ildə "Paris Sen-Jermen" klubuna rekord məbləğdə 222 milyon avroya transfer olunub.

Futbolçunu "Barselona" ilə yanaşı, "Real Madrid"ə heyətinə qatmaqda maraqlıdır.
OXŞAR XƏBƏRLƏR