Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda sabah Lüksemburqun "Düdelanj" jlubunu qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Baxmayaraq ki, şansımız yoxdu, son matçımızda yaxşı nəticə qazanmaq istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq.
- İndiki halda azarkeşlərin oyuna bu cür münasibəti normaldımı? Sən azarkeş olsan, bu halda komandanı dəstəkləyərdin?
- Bizim işimiz futbol oynamaqdır Bu, azarkeşlər üçün bir növ şoudu. Biz də istərdik ki, stadion dolsun. Ancaq elə azarkeşlər var ki, bizim köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdı. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim.