"Mən marketə tək gedirəm" - Cangüdən qalmaqalına son qoydu

"Mən marketə tək gedirəm" - Cangüdən qalmaqalına son qoydu
MAQAZİN
12:17 26.01.2026
437
Müğənni Şəbnəm Tovuzlu ilk dəfə efirə cangüdənlə çıxması ilə bağlı tənqidlərə cavab verib.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi bunun sadəcə şou olduğunu tamaşaçıların diqqətinə çatdırıb.
 
O, "Zarafat bir yana" verilişində bildirib ki, sadəcə konsertlərində cangüdənlərdən istifadə edir:
 
"Mənim toylara cangüdənlə getməyimə nə ehtiyac var ki? Bunu özümə ayıb bilərəm. Guya xalqımız mənə nə edəcək? Bu hamısı Tarix Əliyevin təşkil etdiyi bir şou idi. O xanım cangüdənləri kanala daxil olanda görmüşəm. Mən Rusiyada belə toylara prodüserimlə tək gedirəm. Amma konsertlərimizidə kişi cangüdənlər olur, bəli. Mən gündəlik həyatımda marketə də tək gedirəm, tək çölə də çıxıram".
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR