“Mən olmasam kimdən ilhamlanarsınız?” - Səmra

“Mən olmasam kimdən ilhamlanarsınız?” - Səmra
MAQAZİN
21:50 15.05.2019
4910
Geyimi ilə daim gündəmə gələn müğənni Səmra Rəhimli sosial media hesabında həmkarlarına söz atıb.

AZXEBER.COM əbər verir ki, sənətçi İnstaqram hesabında klipində istifadə etdiyi maskasını paylaşaraq, onu kopyalayanların da cavabını verib:

"Bu maskanı anam öz əlləri ilə tikib, heç yerdən alınmayıb. Necə ki, bir çox geyimlərimi və klipdəki aksessuarları özü düzəldir. İndi gedin, görüm obrazlarımı birinci kim təkrarlayacaq? Çox gülməlisiz, mən olmasam kimə baxıb, ilham alardınız? Yaxşı ki, Səmra var, bu şou-biznesə rəng qatır, fil qulağında yatanları isə oyadıb”.

OXŞAR XƏBƏRLƏR