Dekabrın 18-də “Baku Crystal Hall”-da ötən illərin İtaliya estradasının onlarla əfsanəvi ifaçılarının iştirakı ilə “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısında adı olan dünya şöhrətli müğənni Al Banonun da həmin konsertdə çıxışı gözlənilir.Müğənni Vesti.Az-a Bakı səfəri ilə bağlı müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik:- Cənab Karrizi, dekabrın 18-də Bakıda çıxış edəcəksiniz. Həm də ki, bu ilk çıxışınız deyil. Şəhərimizin sakinlərini nə ilə sevindirəcəksiniz?- Həqiqətən də, dekabrın 18-də Bakıda çıxış edəcəyəm. İtaliya mədəniyyətinin bir hissəsini özümlə Azərbaycana gətirəcəyəm.- Yəqin başa düşürsünüz ki, Sizə 2010-cu ildə Dağlıq Qarabağa etdiyiniz səfərlə bağlı sual verməyə bilməyəcəyəm. Bakının icazəsi olmadan Qarabağa səfər edəndə, bunun qanunsuz olduğundan xəbərdar idinizmi?- Nə soruşmaq istədiyinizi başa düşürəm, ancaq lütfən nəzərə alın ki, mən siyasətçi deyiləm, müğənniyəm. Bir çox ölkələrdə belə münaqişələr yaşanmaqdadır. Mən sülhün tərəfdarıyam, insanları sülh və əmin-amanlıq şəraitində görmək istəyirəm, belə problemlərə çox müdaxilə etmək fikrində deyiləm, italiyalıyam və İtaliyanın problemlərini də bilirəm, ancaq hər ölkədə belə xoşagəlməz münaqişələr baş verə bilər.Mənə artıq bu problem barəsində (Dağlıq Qarabağ münaqişəsi) danışıblar. Ancaq elə bilirəm ki, ziyalı insanlar məni başa düşəcəklər. Onlar mənim müğənni, ifaçı mövqeyimi anlayacaqlar.Məncə, bu problemə ancaq siyasətçilər cəlb olunublar. İnsanlara isə hər yerdə hörmət və rəğbət bəsləyirəm.- Daha doğrusu, Qarabağa səfər edəndə, münaqişə barəsində heç nə bilmirdiniz?- Mən heç nə bilmirdim! İstəməzdim ki, belə bir vəziyyət yaransın. Sülhsevər insanam və insanların əmin-amanlıq içində yaşadığını görəndə bundan həzz alıram. Bu problemə çox müdaxilə etmək istəmirəm, bizdə İtaliyada da Şimal və Cənub problemi yaşanır. Ümid edirəm ki, hər şey öz həllini hamı üçün münasib olan şəkildə tapacaq.- Bakıda çıxış etməyi Sizə kim təklif edib?- Mənə Bolqarıstandan zəng etdilər və Bakıda çıxış etməyi təklif etdilər, mən də böyük məmnuniyyətlə razı oldum.- Adınızın Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “qara siyahı”sından silinməsi üçün rəsmi şəkildə müraciət etmisinizmi?- Əvvəl bu barədə heç bir şey bilmirdim, ancaq sözügedən məsələ ilə bağlı Azərbaycanın mövqeyini biləndə, Azərbaycanın İtaliyadakı səfirinə müraciət etdim və indi bütün problemlər həllini tapıb. Bakı sakinləri qarşısında məmnuniyyətlə çıxış etməyə hazıram.Dekabrın 18-də görüşənədək!