Keçmiş rəqqasə, hind rəqslərinin mahir ifaçısı aktrisa Oksana Rəsulova etirafı ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, o, "Mədəni şou" verilişində hind mədəniyyətinə olan sevgisindən danışıb.
Hətta aktrisa özünü ruhən hind qadını adlandırıb:
"Mən ruhən daha çox hind qadınıyam. Bunu həm etiraf etmək istəyirəm, həm də istəmirəm. Beş il Hindistanda yaşadığım üçün o qadınları yaxından müşahidə etmişəm. Onlar mənim uşaqlıq xatirələrimin əksinə oldular. Bütün gözləntilərim puç olmuşdu. Mən anladım ki, sadəcə olaraq hind ab-havasını çox sevirəm, bu mənim ruhumda var.
Bu günə qədər onların mahnılarını dinləyirəm. Onlarla ağlaya bilirəm, gülə bilirəm, bəzi mahnılar var ki, hətta məni yaxşı mənada nəsə işlər görməyə vadar edir. Mənim bağlı olduğum onların mədəniyyətidir. Amma orada yaşamaq istəmərəm".
Aysel










































