"Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam" - Əməkdar artist

"Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam" - Əməkdar artist
MAQAZİN
11:38 22.04.2026
280
Əməkdar artist Nüşabə Ələsgərli şou-biznesdə ən varlı xanım olması ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.
 
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Öz aramızda" verilişində danışıb.
 
Sənətçi bildirib ki, pulu olmasa da, bunu heç vaxt, heç kəsə bildirməyib:
 
"Mən xarakterli qadınam. Cibimdə bir manat pulum olmasa da, özümü sındırmamışam, tox tutmuşam. Elə bil ki, milyonlarım var. O qədər yaxşı dostlarım var ki, pulum olmasa, hansı birinə desəm mənə pul lazımdır, anında kartıma o məbləği göndərər. Bax əsl zənginlik budur”.

O daha sonra deyib: 

"Sənətə gələn gündən bir dəfə belə maddi məsələləri gündəm edib, efirdə ağlamamışam, deməmişəm nəyimsə yoxdur. Özümü hamıdan gözəl, xoşbəxt, varlı təqdim etmişəm. Halbuki bu həmişə belə olmayıb, pulsuz vaxtlarım da olub. Nəyim varsa, zəhmət çəkib qazanmışam".

Aysel
OXŞAR XƏBƏRLƏR