"Mən öz xahişimlə işdən ayrılmışam" - Günel Gözəlova

"Mən öz xahişimlə işdən ayrılmışam" - Günel Gözəlova
SOSİAL
12:52 03.02.2026
537
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri Günel Gözəlova vəzifəsindən ayrılması haqda xəbərə münasibət bildirib. 

O AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, öz ərizəsi ilə işdən ayrılıb: "Səhəri "Günel Gözəlova işdən çıxarıldı" başlıqlı xəbərlərlə açdım. Bu çox ayıb və jurnalistikaya zidd addımdır. Mən öz xahişimlə işdən ayrılmışam".
 
O qeyd edib ki, AHİK-də çalışdığı 6 ay ərzində 2 dəfə təşəkkkürnamə ilə təltif edilib:  
 
"6 ayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi tərəfindən 2 dəfə təşəkkürnaməyə layiq görülmüşəm. Və mənim özümdən soruşmadan, elə sizlərdən olan biri ilə bağlı bu tərzdə gündəm yaratmaq jurnalistika deyil".
 
Qeyd edək ki, G.Gözəlova ötən ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu. 

Günel Hüseynli 


OXŞAR XƏBƏRLƏR