'Mənə atılmış bu şər-böhtanı belə qoyası deyiləm'

16:39 27.03.2013
1195
Tanınmış azərbaycanlı müğənni Murad Sadıq ona atılmış erməni iftirası ilə hələ də gündəmdən düşmür. Müğənni gizli düşmənini aşkar etmək yolundan çəkilməyəcəyinə söz verib:"Bilmirəm bu təxribatın arxasında kim və nə üçün dayanır, amma mənə atılmış bu şər-böhtanı belə qoyası deyiləm. Guya nənəmin erməni olması səbəbindən sənətdə irəli addımlayıram və bunu xüsusilə Rusiya şou-biznesində tanınmağımla əlaqələndirirlər. Yaxşısı budur ortaya çıxıb məndən üzr istəsinlər. Əks halda mən düşmənlərimi tapmaqdan ötrü məhkəməyə belə müraciət etməyi qarşıma məqsəd qoyacağam. Bu cür təxribatı yayanlara ar olsun".
OXŞAR XƏBƏRLƏR