“Mənə dünyanı çək” adlı rəsm sərgisi keçirilib

MƏDƏNİYYƏT
17:47 03.06.2019
6448
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə "Mənə dünyanı çək” adlı rəsm müsabiqəsinin yekunu ilə bağlı sərgi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, "Liatris Holding”in təşkilatçılığı ilə baş tutan müsabiqəyə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı dəstək olub.

Sərgiyə 150-dən artıq əsər təqdim edilib. Münsiflər heyətində Mədəniyyət Nazirliyinin təsviri incəsənət şöbəsinin əməkdaşı Anar Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, "Liatris Holding”in rəhbəri Ruhi Əliyeva, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Xalq artisti Fidan Hacıyeva və rəssam Milena Nəbiyeva yer alıblar.

Aparıcılığını Azər Süleymanovun etdiyi tədbirdə ilk olaraq Ruhi Əliyeva çıxış edib. O, münsiflərə təşəkkürünü bildirərək, təqdim olunan rəsm əsərlərindən danışıb:

"Münsiflərimizin işləri çox olsa da, bizi bu müsabiqədə tək qoymadılar. Çox maraqlı mövzularda rəsmlər təqdim olundu. Bəzi ailələr övladının rəqqasə, sənətçi olmağından çəkinir. Hətta şahidi olmuşam ki, valideynlər uşağın rəssam olmasına imkan yaratmayıblar. Uşaqları bu istəklərdən çəkindirməyin. Onlara dəstək olun. Müsabiqəmizin məqsədi də uşaqların incəsənət sahəsində istedadlarını üzə çıxarmaqdır. Çox rəsmlər gəldi, hamısını bir-bir izlədik".

Xalq rəssamı Ağəli İbrahimov müsabiqəyə təqdim edilən əsərlərin mövzusundan söz açıb:

"Çox gözəl bir iş ortaya qoyulub. Dünyanın ən önəmli varlıqlarını sevindirdik. Hər bir əsər maraqlıdır. Həm bizim qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin rəsmləri, həm də başqa dövlətlərin tarixi ilə bağlı hadisələrin əks olunduğu əsərlər var".


Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva rəsm əsərlərinin dəyərindən danışıb və uşaqları bayram münasibətilə təbrik edib.

Azərbaycan Mili İncəsənət Muzeyində baş tutan sərgi-müsabiqəyə təqdim olunan əsərlər 5-10 və 11-15 yaş kateqoriyalarına əsasən qəbul edilib.

Sərbəst mövzuda çəkilən rəsmlərin müəllifləri - 1-ci yerin sahibi 500 AZN, 2-ci yerin sahibi 300 AZN, 3-cü yerin sahibi isə 200 AZN pul mükafatına, diplomlara layiq görülüblər. Tədbirə qatılan bütün uşaqlara hədiyyələr verilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:58 26.11.2020

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı olub

15:47 26.11.2020

Hulusi Akardan Fransa Senatının qətnaməsi ilə bağlı açıqlama

15:39 26.11.2020

Azərbaycan Əfqanıstanla əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə edib

15:17 26.11.2020

DİN əhaliyə çağırış etdi - VİDEO

15:04 26.11.2020

Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

14:43 26.11.2020

"Fransa ATƏT-in Minsk qrupundan çıxarılsın" - Milli Məclis bəyanat yaydı

14:42 26.11.2020

Binəqədi rayonunda reydlər davam etdirilir - FOTO

14:41 26.11.2020

Gürcüstanda yeni məhdudiyyət qüvvəyə minir

14:35 26.11.2020

Paşinyan 2021-ci ilin iyununa qədər vaxt istədi

14:19 26.11.2020

Atanın hər iki gözünü itirmiş oğluna dediyi sözlər hər kəsi kövrəltdi - VİDEO

14:16 26.11.2020

“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”

14:16 26.11.2020

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - FOTO

14:11 26.11.2020

"Fransadan hər hansı bir ədalət, demokratiya gözləmək mənasızdır"

13:59 26.11.2020

Ruhi Elçinin evinə getdi: "Sağalması üçün əlimdən gələni əsirgəməyəcəm"

13:47 26.11.2020

Türkiyədə dövlət çevrilişinə cəhd edənlərə ömürlük həbs cəzası verildi

13:38 26.11.2020

Azərbaycanda SMS icazə bərpa edilir? - AÇIQLAMA