"Mənim nə villam var, nə də vəsiqə satmaqla məşğulam" - Müşfiq Ələsgərlidən deputatın ittihamlarına cavab

"Mənim nə villam var, nə də vəsiqə satmaqla məşğulam" - Müşfiq Ələsgərlidən deputatın ittihamlarına cavab
ÖZƏL
13:01 20.07.2021
3319
Bir neçə gündür jurnalistlər üçün inşa edilmiş 3-cü binadan mənzillərin paylanılması ilə bağlı fərqli fikirlər müzakirə olunur. 

AZXEBER.COM xəbər verir ki, deputat Etibar Əliyev həmin mənzillərin Şəhid və Qazi ailələrinə verilməsini təklif edib.

Bu müzakirələr zamanı Etibar Əliyevlə Mətbuat Şurası arasında da toqquşma yaşanıb. Belə ki, deputat şuranın sədr müavini Müşfiq Ələsgərlini sərt şəkildə tənqid edib.

O sosial şəbəkələrdəki hesabında yazıb: 

"Fırıldaqların üstü açılır. Haqqımda yaramaz ifadələr işlədən Juranalist Həmkarlar ittifaqının sədri Mediada böyük korrupsiya və maxinasiyaların müəllifi Əli Həsənovun ad çıxarmış trolu Müşfiq Ələsgərliyə də sən demə Jurnalistlər binasından 3 otaqlı ev verilib. Hövsan qəsəbəsində böyük villa sahibi olan bu adam binadakı evin qapısını bağlı saxlayıb. Bu evi onun əlindən alıb mənzil şəraiti yaxşı olmayan jurnalistin birinə vermək lazımdır. Bu adamın kimsə bircə yazısına rast gəlibmi? Bu yaramaz "beynəlxalq jurnalist" vəsiqəsi paylayır. Üzvlük haqqı 100 dollardır. Məlumatlar gəlməkdə davam edir. İzləyin. Davamı olacaq…”.

AZXEBER.COM məsələ ilə bağlı Müşfiq Ələsgərli ilə əlaqə saxlayıb. 

O bildirib ki, Etibar Əliyevə etik çərçivədə cavab verib: 

"Mən də digər jurnalistlər və jurnalist təşkilatları kimi bu məsələyə münasibət bildirmişəm. Mənim bildirdiyim münasibət və ona qarşı dediyim sözlər ədəb-ərkan və jurnalistika prinsipləri daxilində olub. Biz Etibar bəyə bildirdik ki, media ilə bağlı təklifləri gündəliyə çıxarsın, amma o, məsələni dərinləşdirməyə başladı. 

Müşfiq Ələsglərli deyib ki, jurnalistlər binası jurnalistlər üçün tikilib: 

"Həmin bina Cənab Prezidentin göstərişi ilə jurnalistlər üçün tikilib. Amma əgər sabah dövlət qərar versə ki, məsələn başqa bir zümrənin buna ehtiyacı var, şəhid ailələrinə verilməlidir, dövlətin belə qərarı olsa, biz heç birimiz ona etiraz edə bilmərik. 

Sadəcə məsələ ondadır ki, onların çalışdığı Parlamentdə media haqqında onlarla təklif verilib. Bu təkliflər gündəliyə çıxarılmır. Əgər Etibar bəy media ilə bağlı yaxşı işlər görmək istəyirsə, bu təklifləri müzakirəyə çıxarsın, mən bunu təklif etdim. Onun özünün yaşadığı ərazidə şəhid ailələri var, o şəhid ailələrinə baş çəksin. Yəni deputatın üzərinə düşən işlərlə məşğul olsun. Həm də bina təklifində Azərbaycan mediasını bir balaca aşağılamışdı. Medianı aşağılamaq olmaz, burada kifayət qədər vətənə, millətə bağlı, peşəkar insanlar var. Yəni mən bunu demişdim. Amma Etibar bəy nədənsə şəxsi-qərəz kimi qəbul etdi, məsələni dərinləşdirməyə başladı. Aramızdakı şəxsi məsələlərdən yazmağa başladı".

Müşfiq Ələsgərli qeyd edib ki, Etibar Əliyevin onun haqqında dedikləri kökündən yanlışdır: 

"Yeri gəlmişkən qeyd edim ki, onun mənim haqqımda yazdığı guya evim ola-ola ev almışam, guya ki, o evdə yaşamıram, bunlar yalan məlumatlardır. Belə bir məsələ yoxdur. Orada bildirir ki, guya biz vəsiqə satmağla məşğuluq, bu kökündən yalan olan bir məsələdir. Belə bir hal olsaydı, Azərbaycan jurnalistikasında minlərlə insan var, bunu bir nəfər də olsa bilərdi. 

Mən hesab edirəm ki, bunlar çətinlikdən çıxmaq üçün Etibar bəy tərəfindən deyilmiş sözlərdir. Amma buna ehtiyac yoxdur. Etibar bəy o ajiotajı bir tərəfə qoya bilər. Oturub oxusun, baxsın ki, bu haqda nələr deyilib. Ona qarşı edilən iradlar içərisində haqlı iradlar var, onun gələcək fəaliyyətində müsbət yönləndirə biləcək fikirlər var. 

Yenə deyirəm ki, mənim haqqımda dedikləri kökündən yanlışdır. O yazılanların heç biri həqiqəti əks etdirmir. Mənim nə villam var, nə vəsiqə satmaqla məşğulam, belə bir şey olsaydı Azərbaycan jurnalistikası bunu çoxdan bilmiş olardı. Başqa bir proseslərdə də mənim əlim yoxdur, Etibar bəyin əsəbini, qıcığını tökmək üçün dediyi sözlərdir. Bizim məqsədimiz dava etmək, onu təhqir etmək deyil, sadəcə təkliflər veririk, yaxşı olar ki, təkliflər üzərində işləsin".

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım