Beyləqanda mənzilə silahlı basqın edən şəxs tutulub
AZXEBER.COM-un məlumata görə, rayon sakini Elmira Əliyeva polis şöbəsinə müraciət edərək evinə silahlı basqın olduğunu bildirib. Onun sözlərinə görə, həmin gün saat 04.00 radələrində pəncərədən evinə girmiş Ramiz adlı şəxs bıçaqla onu hədələyərək qızıl əşyalarını verməsini tələb edib və ona qarşı qeyri-etik hərəkətlər etməyə cəhd göstərib.Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Cəfərov tutulub.