22:18 çərşənbə, 12 Dekabr 2018
MƏDƏNİYYƏT

Ömər Eldarov Lütfi Zadənin abidəsindən danışdı: "Heç kimin fikri maraqlı deyil"

12:59, 03.09.20182604
Ömər Eldarov Lütfi Zadənin abidəsindən danışdı:
Xalq rəssamı Ömər Eldarov dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi barədə danışıb.

AZXEBER.COM xəbər verir ki, Ömər Eldarov ölkə.az-a açıqlamasında abidənin daşıdığı rəmzi mənanı belə izah edib:

"Əsərdəki arka rəmzi olaraq elmdir. Lütfi Zadə o qapını daha geniş açır. Yəni onun gəlişindən sonra riyaziyyat elmi dəyişib, bu elmə böyük töhfələr verilib".

Xalq rəssamı abidənin tənqid edənləri də cavabsız qoymayıb: "Onlar əsəri başa düşməzlər də. Heç kimin fikri maraqlı deyil".

Qeyd edək ki, sentyabrın 6-da abidənin açılışı olacaq.

XƏBƏR LENTİ