Mərakeşin cənub-şərqində şiddətli yağışlardan sonra yaranan sel nəticəsində ölənlərin sayı 11-ə çatıb.
AZXEBER.COM-un xarici mediaya istinadən verdiyi məlumata görə, ölkənin Milli Müdafiə İdarəsi 9 nəfərin itkin düşdüyünü açıqlayıb.
Sel səbəbindən 44 ev sel suları altında qalıb, köməksiz vəziyyətdə qalan yüzlərlə insan xilas edilib.
Axtarış və xilasetmə işlərinin davam etdiyi bildirilir.