Fotolar 1946-cı ildə çəkilib
Merilin Monronun birinci fotosessiyasının fotoları və hüquqları 352 000 dollara satılıb. Bu fotolar 1946-cı ildə Monro hələ Norma Doerti adlananda çəkilib. Associated Press-in yazdığına görə, şəkilləri fotoqraf Jozef Yasqur yaxşı pul qazanıb borclarından qurtulmaq üçün satıb. Beləliklə, fotolar Beverli-Hillzdə auksiona çıxarılıb.
Monronun fotoları ilə yanaşı, auksiona Ledi Qaqanın əşyaları da çıxarılıb. Bir libas təxminən 32 min dollara, tapança isə 8 min dollara satılıb.
//Ans Press