Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25 faizdən 7,3 faizə qədər artırılmasına qərar verib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz dərəcəsində saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faizdən 9 faizə qədər artırılıb.