Mərkəzi bank sədri ipoteka probelminin həlli yollarını açıqlayıb

İQTİSADİYYAT
21:20 13.11.2013
1546

İpoteka probleminin həllini strateji olaraq bütövlükdə ipotekanın formalaşmasında yeni dövrdə dövlət, xüsusi bölmə və əhalinin partnyorluğunda görürük.

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisdə 2014-cü il üçün Dövlət büdcəsi layihəsinin müzakirələri zamanı çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.O qeyd edib ki, birinci dövlətdən başlamaq lazımdır.“Dövlətin rolu ondan ibarətdir ki, ucuz mənzillər bazara intervensiya olunmalıdır. Ucuz mənzilləri dövlət özü də tikə bilər, yaxud da xüsusi bölməni stimullaşdıra bilər. Bu halda Türkiyə təcrübəsi var. Biz bunu hökumətlə birlikdə öyrənirik”.Onun sözlərinə əsasən, artıq hüquqi, təşkilati və maliyyə mexanizmləri aydınlaşdırılıb və məsələ strateji araşdırma mərhələsindədir.“Xüsusi bölməni stimullaşdırmaq lazımdır ki, ipoteka verməsində maraqlı olsunlar. Xüsusi bölmənin verdiyi faizləri subsiyadalaşdırdıqda daha xüsusi böyük həcmdə kredit verə bilər. Bununla bağlı maliyyə nazirliyi ilə danışırıq. Əhalinin tikinti əmanət modeli isə əhalinin öz yığımları ilə ipoteka almağına şərait yaradacaq”.E.Rüstəmov bildirib ki, ipoteka strategiyası Azərbaycan hökumətinin də, Mərkəzi bankın da nəzarətindədir.“Biz yeni ipoteka strategiyası hazırlamışıq. 40-50, 100 mln. Manat bütövlükdə ipoteka problemini həll etmir. İpoteka vətəndaşların mənzillə təmin olunmazı bizə sovet sistemindən qalmış ödənilməmiş bir mexanizmdir.Bu məsələnin qısa müddətdə həlli düzgün deyil. İpoteka potensialı inkişaf etmiş ölkələrdə 100 illərdə formalaşıb. Dövlət büdcəsinin üzərinə bu yükü atmaq düzgün deyil. Yeni doktrinaya ziddir. Neft pullarının vətəndaşların mənzillə təmin olunması üçün cəlb olunması düzgün deyil. Bu bazar iqtisadiyyatına uyğun deyil”.

OXŞAR XƏBƏRLƏR