Mərkəzi Bank və Maliyyə Nazirliyi arasında danışıqlar aparılır

Mərkəzi Bank və Maliyyə Nazirliyi arasında danışıqlar aparılır
Bütün Xəbərlər
18:15 13.11.2013
984
Azərbaycan Mərkəzi Bankının (AMB) 2014cü il üçün əsas məqsədlərindən biri manatın sabitliyini qoruyub saxlamaqdır.

Bunu Milli Məclisdə gələn ilin büdcə zərfinin bu gün keçirilən müzakirəsi zamanı AMB sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, digər məqsədlərə ölkə iqtisadiyyatı və pul siyasətinin stabilliyinin təmin etməkdir. AMB sədri parlamentin iclasında ipoteka kreditləşməsi ilə bağlı səsləndirilən təkliflərə də münasibət bildirib: «Mənzil məsələsi olduqca vacib bir məsələdir. Bu gün ipoteka və mənzil problemlərini dövlətin üzərinə yıxmaq düzgün deyil. Avropada ipotekanın 100 yaşı var. Bizdə isə bu, yeni başlamış bir metoddur. İpotekanın əsas prinsipi ucuz mənzillərin tikilməsinə nail olmaqdır. Bu gün Azərbaycan Türkiyə təcrübəsini öyrənir».

E.Rüstəmov həmçinin qeyd edib ki, Azərbaycanda uzunmüddətli ipotekanın verilməsinə nail olmaq üçün banklar uzunmüddətli kreditlər əldə etməlidir: «Buna nail olmaq üçün biz bu gün Maliyyə Nazirliyi ilə danışıqlar aparırıq».

AMB başçısı ölkədəki bankların kreditlər üzrə faiz dərəcələrinə də toxunub: «Bəli, bu gün Azərbaycanda bank faiz dərəcələri yüksəkdir. Amma bu elə də böyük problem yaratmır. Bu gün Azərbaycanda istehlak kreditlərinin dərəcəsi 17%, biznes kreditlərinin isə 14-15%-dir. Azad iqtisadi bazardır, tələb var, təklif var. Əgər bu gün banklar bu faizlərlə kredit verirsə, deməli buna tələbat var. Tələbat olan yerdə isə, təklif də olur».

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik