Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
İQTİSADİYYAT
21:00 03.10.2013
1580

1 oktyabra Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 13 262.7 mln. dollara çatıb.

AZXEBER.COM-un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu da ilin əvvəlindən 13%-dən, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15%-dən çox artım deməkdir.Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 1 sentyabra 12958.9 mln. dollar, 1 avqusta 12880.3 mln. dollar, 1 iyula 12 720.4 mln. dollar, 1 iyuna 12 572.3 mln. dollar, 1 maya 12 499.9 mln. dollar, 1 aprelə 12 332.6 mln. dollar, 1 marta 11 948.3 mln. dollar, 1 fevrala 11 964 mln. dollar, 1 yanvara 11 694.8 mln. dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR