Mərkəzi Bankın səlahiyyətlərindən biri ləğv edildi

Mərkəzi Bankın səlahiyyətlərindən biri ləğv edildi
İQTİSADİYYAT
12:55 03.03.2014
1426
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları”nda dəyişikliklər edilib.
AZXEBER.COM-un Nazirlər Kabinetinin qərarına istinadən verdiyi xəbərə görə, dəyişikliyə əsasən, artıq Mərkəzi Bank nümayəndəsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının tərkibində olmayacaq.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.4-cü bəndinin birinci abzasında “Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri “Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının” sözləri ilə, ikinci abzasında “Maliyyə Nazirliyi və Mərkəzi Bankla” sözləri “Maliyyə Nazirliyi ilə” sözləri ilə əvəz edilib.
Bildirək ki, agentliyin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilir.
İndiyədək müsabiqə Komissiyasının tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil edilirdi. Həmin komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli qeyri-hökumət təşkilatlarının 2 nəfər nümayəndəsi də daxil edilə bilər.
Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bankla razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilirdi. İndi isə Mərkəzi Bankın bu səlahiyyətləri ləğv edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"