Mərkəzi Neftçilər Xəstəxanasında unikal metodun tətbiqinə başlandı
SAĞLAMLIQ
16:43 26.07.2012
2958
Cərrah Rəşad Məmmədov: “Yeni üsulun tətbiqi ilə xəstənin üzləşə biləcəyi bütün risklər minimuma endirilir” Mərkəz Neftçilər Xəstəxanasının Urologiya şöbəsində böyrək daşı xəstəliyinin cərrahi müalicəsində ilk dəfə olaraq yeni endoskopik metodun tətbiqinə başlanılıb. Şöbənin cərrahı, urologiya uzmanı dr. Rəşad Məmmədovun verdiyi məlumata görə, üç ilə yaxındır şöbədə böyrək daşı xəstəliyi endoskopik lazer texnologiyalarının tətbiqi ilə əməliyyat edilir: “Bu əməliyyat (Perkutan Nefrolitotomiya) standart olaraq xəstənin “üzüstü” vəziyyətində həyata keçirilir. Bu vəziyyətdə xəstələr , özəlliklə yaşlı xəstələr müəyyən qədər risk altında olurlar. Yeni tətbiq etdiyimiz metodda xəstə arxası üstündə qalmaqla “Supin Perkutan Nefrolitotomiya” əməliyyatı icra olunur. Və beləcə xəstənin bütün riskləri minimuma endirilir”.