“M. teatr”-ı“Məsəl ya…” adlı ilk tamaşasının ikinci premyerasını edəcək.
Əməkdar artist Vidadi Həsənovun bədii rəhbərliyi ilə yaradılmış müstəqil “M. Teatr”ın “Məsəl ya…” adlı ilk tamaşası aprel ayının 15-də saat 19 00-da Rəşid Behbutov adına Dövlət Mahnı Teatrında ikinci dəfə nümayiş etdiriləcək.
Qeyd edək ki, tamaşa Üzeyir Hacıbəylinin feleytonları əsasında , fərqli estetikada hazırlanmışdır. Tamaşanın quruluşçu rejissoru Vidadi Həsənov , iştirakçıları Oqtay Mehtiyev, Amid Qasımov, Vüqar Hacıyev , Günay Əhməd, Elgün Həmidov kimi peşəkar aktyorlardır.
Teatrın direktoru “Media Company” ın prezidenti Amil Əyyubdur.. Biletləri teatrın kassalarından və ya aşağıdakı əlaqə nömrələri vasitəsiylə əldə edə bilərsiniz :
Tel:(+99451) 797-43-76: (+99451) 503 59 03