Məşhur aktrisaya həbs şoku

MAQAZİN
12:57 22.10.2014
2220
Türkiyənin Azərbaycanda da məşhur olan aktrisası həbs edilir. AZXEBER.COM-un məlumatına görə, Nehir Erdoğan "narkotik maddədən istifadə və saxlamaq" ittihamı ilə 10 ay azadlıqdan məhrum edilib.Aktrisa tanınmışlar arasında keçirilən narkotik əməliyyatı zamanı saxlanılan tanınmışlardan biri idi.Məhkəmə cəzanın icrasını saxlayıb. Belə ki, yeni evlənən N.Ərdoğan 5 il ərzində cinayət işləməsə cəzası sayılmayacaq.Ötən gün keçirilən məhkəmə iclasında aktrisanın özü də iştirak edib. Onun narkotik maddədən istifadəyə görə 2 il azadlıqdan məhrum edilməsi təklif edilirdi. Mahkəməyə ifadəsində Ərdoğan Türkiyə daxilində narkotikdən istifadə etmədiyini deyib."Bir dəfə Amsterdamda dadmışam. Narkotikdən istifadə etmirəm və bəraətimi istəyirəm".Xatırladaq ki, Azərbaycan tamaşaçıları N.Ərdoğanı "Yabancı damat" serialı ilə daha yaxından tanıyıb.
OXŞAR XƏBƏRLƏR