"Now You See Me" və "The Social Network" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Cessi Eyzenberq tanımadığı birinə böyrək bağışlamaq niyyətində olduğunu açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə NBC-nin "Today" verilişində açıqlama verib.
42 yaşlı aktyorun sözlərinə görə, o, böyrək bağışlamaq qərarını müstəqil və şüurlu şəkildə verib. Transplantasiya növbəti altı həftə ərzində planlaşdırılıb.
Eyzenberq həmçinin qeyd edib ki, o, uzun illərdir müntəzəm olaraq qan bağışlayır və qan bağışlamağı başqalarına kömək etməyin vacib yolu hesab edir.
Aysel










































