"Heç kim fikirləşmirdi ki, mən bunu edə bilərəm"Bir vaxtlar foto-model kimi tanınan Qalina Babayeva artıq 4 ildir ki, həbsxana divarları arasında azadlığa çıxacağı günü gözləyir.
Vaxtilə podiumların əsas simalarından olan Qalina həm də 2002-ci ildə Türkiyə
keçirilən gözəllik müsabiqəsinin qalibi olub. Hələ 16 yaşı olarkən ad günündə ata-anasını yol qəzasında itirən Qalina iki dəfə ailə həyatı qurub. İkinci həyat yoldaşı narkotik aludəçisi olduğundan Qalina da bir müddət sonra narkotik qəbul etməyə başlayır. Özünün dediyinə görə, o, 3 il narkotik vasitə qəbul edib.
Qalina Babayeva törətdiyi oğurluq cinayətinə görə 2013-cü ildə məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilir.
Onun həyatını əks etdirən videokadrı oxuculara təqdim edirik.
Femida.az