Məşhur fenomen axtarışa verildi

Məşhur fenomen axtarışa verildi
MAQAZİN
18:44 30.01.2026
492
Xəbər verdiyimiz kimi, haqqında cinayət işi açılan fenomen Merve Taşkın Türkiyəni tərk edib.

AZXEBER.COM xəbər verir ki, İstanbul 4-cü Sulh Cibab Məhkəməsi tərəfindən verilən qərarla fenomen haqqında axtarış qərarı çıxarılıb. Bunun səbəbi onun son vaxtlar barəsində aparılan araşdırma və polisə ifadə vermək üçün çağırışlara cavab verməməsi və ölkədən çıxmasıdır.

Xatırladaq ki, Taşkın daha əvvəl qorxduğu və bu səbəbdən yaşadığı stressə görə Türkiyəni tərk etdiyini açıqlayıb.

Qeyd edək ki, Merve aktrisa Hülya Avşarla birgə yutubda yayımlanan layihədə səsləndirdikləri fahişəliyə təşviq, ədəbsizlik, cinayəti tərifləmək və alçaldıcı ifadələr işlətməkdə ittiham edilir.
OXŞAR XƏBƏRLƏR