23:58 çərşənbə Axşamı, 23 Oktyabr 2018
MARAQLI

Məşhur "Forbes" jurnalı azərbaycanlı qızdan yazdı - FOTO

22:43, 10.04.20187518
Məşhur

Məşhur "Forbes" jurnalı azərbaycanlı qızdan müsahibə alıb.

Jurnalda Lənkəranda doğulub, San-Fransiskoda yaşayan azərbaycanlı Aytəkin Əliyavanın müsahibəsi çap olunub.

Məqalədə onun yaratdığı Femigrants sosial şəbəkə layihəsi təqdir olunub.

 

Instagram və Facebook-da "Data Integrity" mütəxəssisi olan Aytəkin Əliyeva Femigrants şəbəkəsini qadın immiqrantlara kömək etmək üçün yaradıb. Femigrant-ın ilk forumu mart ayının 22-də San Fransiskoda keçirilib.

Qeyd edək ki, "Female" (qadın) və "immigrant" ( mühacir ) sözlərinin birləşməsindən yaranan Femigrants sosial şəbəkəsi 3000-dən çox immiqrant qadın sahibkar və biznes liderin istifadə etdiyi sosial şəbəkədir.

///Milli.az

XƏBƏR LENTİ